“BMT Baş katib Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında vəziyyətin hər hansı bir şəkildə gərginləşməsinin qarşısını almağa yönəlib”.


 


Sfera.az-ın məlumatına görə, bu sözləri BMT-nin sözçüsünün müavini Fərhan Haq açıqlayıb.


 


O bildirib ki, tərəflər BMT Xartiyasına əməl etməlidirlər.


 


“Biz hər hansı bir gərginləşdirici addımın qarşısını almaq istəyirik. Bu mərhələdə diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir”,- deyə Haq əlavə edi.


 


O bildirib ki, Quterreş vəziyyəti çox yaxından izləyir və müvafiq tərəflərlə əlaqə saxlayır.