Xizək həvəskarları "Şahdağ" Turizm Mərkəzində qış mövsümü ilə yanaşı yaz və yay mövsümündə də xizək sürə biləcək.
Sfera.az xəbər verir ki, bunu "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov keçirdiyi mətbuat konfransında bildirib.
R.Nəcəfov qeyd edib ki, turizm mərkəzinin ərazisində xizək simulyatorları quraşdırılıb. Bu simulyatorlar xizək həvəskarlarına sadəcə qışda deyil yayda da xizək sürməyə imkan yaradacaq.
Yeni simulyatorlar həm məşq, həm də xizək sürmək üçün istifadə ediləcək.
Orxan
Sfera.az