Bəzi tarixlərdə doğulan insanların maddi baxımdan daha çox çətinlik yaşadığı iddia olunur.


 


Sfera.az xəbər verir ki, doğum tarixindəki rəqəmlər insanın xarakterinə, həyat seçimlərinə və maliyyə davranışlarına təsir göstərə bilər. Xüsusilə ayın 13, 14, 16 və 19-u tarixlərində doğulan şəxslərin maliyyə baxımından risklərə daha açıq olduğu vurğulanır. Numeroloji izaha görə, bu tarixlər “karmik rəqəmlər” hesab olunur və bu rəqəmlər zəhmət, səbr və davamlı sınaqlarla əlaqələndirilir.


 


Bu günlərdə doğulanların tez-tez ani qərarlar verməsi, emosional xərclərə meylli olması və uzunmüddətli maliyyə planlamasında çətinlik çəkməsi qeyd olunur. Numerologiyada kasıblığın “qaçılmaz tale” kimi təqdim edilməsi də vurğulanır. Sözügedən tarixlərdə doğulan şəxslər daha çox öz zəhmətləri ilə maddi uğur qazanır, lakin bu yol digərlərinə nisbətən daha çətin və uzun olur. Yəni maddi vəziyyət doğum tarixindən çox, insanın davranışları, vərdişləri və seçimləri ilə formalaşır.


 


Niyaz Hacıyev


Sfera.az