Bayram günləri bəzi bürclər üçün daha uğurlu və şanslı keçəcək. Planetlərin mövqeyi sevgi, maddi qazanc və xoş sürprizlər üçün əlverişli enerji yaradır.
Sfera.az xəbər verir ki, bu bayram dövründə Xərçəng, Şir və Qız bürcləri münasibətlər baxımından ön planda olacaq.
Ailə daxilində harmoniya, yeni tanışlıqlar və romantik yaxınlaşmalar mümkündür.
Buğa və Qız bürcləri üçün bayram maliyyə baxımından da uğurlu sayılır.
Gözlənilməz hədiyyələr, əlavə gəlir və müsbət xəbərlər ehtimal olunur. Bununla yanaşı, Oxatan bürcü bayramı aktiv və hərəkətli keçirəcək. Səyahət planları, yeni qərarlar və perspektivli təkliflər gündəmə gələ bilər.
Həmçinin, Balıqlar üçün isə bayram dövrü daxili rahatlıq və emosional balansla yadda qalacaq. Sevindirici xəbərlər və xoş sürprizlər mümkündür. Eyni zamanda, bayram günlərində tələsik qərarlardan uzaq durmağı və yaranan fürsətləri düzgün dəyərləndirməyi tövsiyə edilir.
Fidan Hacızadə
Sfera.az