Əbədi olaraq prezident ola bilmərəm.


 


Sfera.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata açıqlamasında deyib.


 


“Bunu deyəndə tez-tez tənqid olunsam da, əbədi qalmayacağam. Bəli, biz bir sistem yaratmışıq, çox şey prezidentdən asılıdır və məni dəstəklədiyiniz üçün təşəkkür edirəm”, - deyə Lukaşenko 7-ci Ümumbelarus Xalq Assambleyasında xalqa və parlamentə müraciətində bildirib.


 


“Amma mən vəzifədən gedən prezidentəm. Mən əbədi olaraq prezident ola bilmərəm və buna ehtiyac da yoxdur”, - deyə o vurğulayıb.