Ağsuda tanınmış həkim vəfat edib.


 


Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ağsu Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.


 


Bildirilib ki, xəstəxanada həkim-otorinolarinqoloq kimi fəaliyyət göstərən Vəli Vəliyev bu gün dünyasını dəyişib.


 


Qeyd edək ki, V.Vəliyev I Qarabağ müharibəsinin iştirakçısı olub. O həmçinin xəstəxananın Həmkarlar İttifaqının sədri vəzifəsini icra edirdi.