"İstənilən çoxmərtəbəli binada, eləcə də fərdi yaşayış evlərində əvvəlcədən təsdiqlənmiş layihə mövcuddur və bu layihədən kənara çıxmaq olmaz. Layihədən kənar aparılan hər hansı dəyişiklik qanunsuz tikinti hesab olunur".


 


Sfera.az bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib. 


 


O bildirib ki, əgər tikinti və ya yenidənqurma işlərini qanuni şəkildə həyata keçirmək niyyəti varsa, mütləq qaydada müvafiq dövlət qurumlarından icazə alınmalıdır:


 


"Bu proses tikintiyə nəzarət edən aidiyyəti qurumlar vasitəsilə həyata keçirilir və qaydaları rəsmi şəkildə müəyyən edilib.Şəhərsalma və memarlıq orqanlarından, eləcə də digər aidiyyəti qurumlardan icazə alınmalı, layihə forması təsdiqlənməlidir. Yalnız bundan sonra istər fərdi yaşayış evlərində, istərsə də çoxmənzilli və çoxmərtəbəli binalarda yenidənqurma, layihə və ya memarlıq dəyişiklikləri aparmaq qanuni hesab olunur".


 




Qeyd edək ki, Yasamalda 15 mərtəbəli binaya əlavə mərtəbənin artırılması sakinlərin narazılığına səbəb olub.