Almaniyanın Lübek şəhərindəki “Deutsche Bank” filialında ötən il baş verən və 371 seyf qutusunun boşaldılması ilə nəticələnən 18 milyon avroluq soyğunun iştirakçıları hələ də azadlıqdadır.


 


Sfera.az bildirir ki, qızıl, zinət əşyaları və nağd pulun oğurlandığı hadisə ilə bağlı istintaq davam edir. Zərərçəkənlər cinayətkarların tutulmasına kömək edəcək məlumat verənlərə ümumilikdə 290.000 avro mükafat vəd ediblər.


 


İstintaqa cəlb olunan detektiv Josef Reş bildirib ki, soyğunçular bankın yuxarı mərtəbəsində gizlənərək gecəni orada keçiriblər və DNT izləri buraxmamaq üçün portativ tualetdən istifadə ediblər. Onlar səhər saatlarında arxa qapıdan qaçaraq izlərini itiriblər.


 


Təhlükəsizlik sistemlərinin niyə işə düşmədiyi və soyğunçuların necə fərq edilmədiyi isə hələ də sual altındadır.


 


Aynil