Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.


 


"Ford" markalı yük maşını "KaMAZ "markalı yük avtomobilinə arxadan çırpılıb. Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin Xususi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.


 


Avtmobildə sıxılmış vəziyyətdə qalmış "Ford"un sürücüsü 1990-cı il təvəllüdlü A.Cəfərov xilasedicilər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.


 


Fakt araşdırılır.