Biləsuvar şəhərində qaz xəttində sızma olub, rayon mərkəzinin bir hissəsi qazsız qalıb.


 


Sfera.az Report-a istinadən xəbər verir ki, sızma şəhərin H.Əliyev prospekti istiqamətində yerləşən xətlərdən birində qeydə alınıb.


 


Nəticədə şəhərin bir hissəsinin qaz təchizatı dayandırılıb.


 


Hazırda həmin ərazidəki xətdə təmir-bərpa işləri aparılır.