Alimlər Ceyms Vebb Kosmik Teleskopu vasitəsilə son dərəcə qeyri-adi bir ekzoplanet – "PSR J2322–2650b" adlı qaz nəhəngini kəşf ediblər.
Sfera.az bildirir ki, Yupiter ölçüsündə olan bu planet güclü cazibə qüvvəsi səbəbindən limon formasını alıb və pulsar – neytron ulduzu ətrafında fırlanır.
Yerdən 750 işıq ili uzaqlıqda yerləşən planet güclü radiasiyaya məruz qalır və ulduz ətrafında dövrü cəmi 7,8 saatdır.
Atmosferinin kimyəvi tərkibi alimləri heyrətləndirib və mənşəyi hələ də sirr olaraq qalır.
Aynil