ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan nümayəndələri Livanın cənubundakı Ən-Naqura şəhərində birbaşa görüş keçiriblər.
Sfera.az bildirir ki, danışıqlarda təhlükəsizlik və iqtisadi məsələlər, o cümlədən Hizbullahın tərk-silah edilməsi və sərhəd bölgəsindəki sakinlərin təhlükəsizliyi müzakirə olunub.
İsrail tərəfinə Milli Təhlükəsizlik Şurasının xarici siyasət üzrə müavini Yosef Draznin rəhbərlik edib.
Bu, tərəflər arasında keçirilən ikinci birbaşa görüşdür.