Britaniyanın Cənubi Yorkşir bölgəsində yerləşən və “Həkim Evi” kimi tanınan 17-ci əsrə aid “Ivy Farm” adlı dəbdəbəli köşk yenidən satışa çıxarılıb.
Sfera.az bildirir ki, 3,5 akr ərazidə yerləşən, üzgüçülük hovuzu və beş maşınlıq qarajı olan bu malikanə 395 min funt sterlinqə təklif olunur.
Evin 30 ildən çoxdur tərk edilmiş qalmasının səbəbi isə keçmiş sahibi, psixiatr Dr. Neil Silvestrin faciəvi keçmişidir. 1991-ci ildə onun qərarı ilə azadlığa buraxılan psixi xəstə iki gün sonra 11 yaşlı qızı qətlə yetirib.
Bu hadisə ölkədə böyük rezonans doğurub və Silvestrin “klinik mühakimədə ciddi səhv” etdiyi bildirilmişdi.
O vaxtdan bəri evə heç kim köçməyib. İndi isə xarabalığa çevrilmiş bu malikanə, içində qalmış retro əşyalar və sirli keçmişi ilə alıcı axtarır.
Aynil