Kamçatka diyarında 4,6 maqnitudalı zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.


 


Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 207 kilometr məsafədə qeydə alınıb.


 


Zəlzələnin episentri 41,6 kilometr dərinlikdə yerləşib.