Misli Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turunda bu gün daha iki oyun keçiriləcək.


 


Sfera.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.


 


"Karvan-Yevlax" Yevlax şəhər stadionunda "Neftçi" ilə üz-üzə gələcək. Görüş saat 14:00-da start götürəcək.




"Neftçi" 17 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komandanın sıralamasında sonuncudur.




Günün ikinci qarşılaşmasında isə "Zirə" "İmişli"ni sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matçın start fiti saat 16:30-da səslənəcək.


 


27 xalı olan "Zirə" turnir cədvəlində 5-cidir. "İmişli" isə 16 xalla 9-cudur.