Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Ukraynada "qanuni seçkilər"in təşkil olunacağı təqdirdə, Rusiyada yaşayan "ukraynalıların azad səsverməsini" təmin etmək üçün əlindən gələni edəcəyinə söz verib.
Sfera.az bu barədə "TASS"a istinadla xəbər verir ki, bunu mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin iddia edib ki, Rusiyada on milyona qədər ukraynalı yaşayır (işal edilən ərazilər nəzərdə tutulur - red.) və Ukraynada seçkilər keçiriləcəyi təqdirdə onlar da səs vermək imkanına malik olmalıdır.
MSK-nın mətbuat xidməti onun sözlərini sitat gətirib:
"Əgər Ukrayna qanuni seçkiləri seçərsə və bizə Rusiyada Ukrayna vətəndaşları üçün səsverməni təşkil etmək tapşırılsa, bunun baş verməsi üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Vladimir Zelenskinin prezidentlik müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatıb, lakin Kiyev hərbi vəziyyət qüvvədə olduğu müddətcə seçkilərin keçirilməsinin mümkün olmadığını əsas gətirərək seçkilər keçirməkdən imtina edib.
Firuzə Əliyeva
Sfera.az