İran mətbuatı İsrailin xarici kəşfiyyat xidməti “Mossad” ilə əməkdaşlıqda ittiham olunan bir şəxsin edam edildiyini bildirib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Aqil Keşaverz adlı İran vətəndaşı İsrailin xeyrinə casusluq etmək, Tel-Əvivlə kəşfiyyat əməkdaşlığı aparmaq, eləcə də İranın həssas hərbi və təhlükəsizlik obyektlərini izləyərək onların görüntülərini toplamaqda təqsirli bilinib.


 


İran mediasının yazdığına görə, Keşaverzin həm İsrail ordusu, həm də Mossad ilə ayrı-ayrı kanallar vasitəsilə əlaqədə olduğu müəyyən edilib. Məhkəmə onu bütün ittihamlar üzrə günahkar hesab edərək ölüm cəzasına məhkum edib və hökm icra olunub.


 


Hadisə ilə bağlı İran və İsrail rəsmi qurumları tərəfindən əlavə açıqlama verilməyib.


 


Bəsti Rəfizadə


Sfera.az