ABŞ-li məşhur model 30 yaşlı Kendall Cenner isveçli ətir dizayneri 48 yaşlı Ben Qorham ilə yeni münasibətə başlayıb.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, cütlük bir neçə gün əvvəl Los-Ancelesdə yerləşən “Architecture Bookstore Cafe”də qəhvə içərkən görüntülənib.


 


Daha sonra görüşlərini antik əşyalar dükanında alış-veriş edərək davam etdiriblər.


 


Keçmiş basketbolçu olan Qorham həm də incəsənət üzrə təhsil alıb. Cenner isə bundan əvvəl 31 yaşlı müğənni Bad Bunny ilə uzadılmış münasibət yaşamışdı.

Aralarına 18 yaş fərqi olan yeni cütlüyün münasibətinin gələcəkdə necə inkişaf edəcəyi maraqla gözlənilir.




Bəsti Rəfizadə

Sfera.az