Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Keniyanın paytaxtı Nayrobidən gələn UN-Habitat nümayəndəsi Faith Adoyo Sfera.az-a xüsusi müsahibə verib.


 


O, WUF13-də Uşaqlar və Gənclər Pavilyonu çərçivəsində çıxışçı kimi iştirak etdiyini bildirib.


 


Faith Adhiambo Bakıya səfərindən məmnunluğunu ifadə edərək şəhər və ölkə haqqında xoş təəssüratlarını bölüşüb.


 


“Bakıda olmaq mənim üçün yaddaqalan təcrübədir. Bura çox gözəl şəhərdir. Azərbaycan çox gözəl ölkədir. Buradakı qarşılanmanı, insanları və mədəniyyəti çox bəyəndim. Hər şey çox gözəl və unudulmazdır”, - o bildirib.


 


UN-Habitat nümayəndəsi forum çərçivəsində uşaqlar və gənclərlə bağlı təşəbbüslər ətrafında müzakirələrin aparıldığını da qeyd edib.


 


Firuzə Əliyeva

Sfera.az