Liviya Ukraynanın Benqazi limanına pilotsuz uçuş aparatları ilə hücumuna görə ölkənin Ukraynadakı səfiri Usama Məhəmməd Əbu əl-Qasimi məsləhətləşmələr üçün geri çağırıb.


"Yeni Sabah" xəbər verir ki, Liviya Xarici İşlər Nazirliyi hücumu ölkənin suverenliyinə qəsd və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.


Qeyd edək ki, noyabrın 22-də Ukrayna dronları Benqazi limanına hücum edib. Hadisə nəticəsində Liviya Milli Ordusunun Hərbi Dəniz Qüvvələrinin azı iki hərbçisi həlak olub./APA Məişət texnikası



Telegram kanalımız