Moskvanın mərkəzində, Xamovniki rayonundakı 7-ci Rostov döngəsində yerləşən Türkiyə səfirliyinin binasında yanğın baş verib.
"Yeni Sabah" xəbər verir ki, Rusiya mətbuatında yayılan məlumata görə, yanğın diplomatik nümayəndəliyin ikinci mərtəbəsində, əməkdaşların yaşadığı mənzillərdən birində başlayıb. Otaqlardan birində mebel yanıb.
Yanğın operativ şəkildə söndürülüb, binadan 20 nəfər təxliyə olunub. ShopByBro
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib./APA
Telegram kanalımız