Bakı-Tbilisi-Bakı reysləri İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan sərnişin qatarı ilə həyata keçiriləcək.


 


Sfera.az xəbər verir ki, qatarda yataq tipli vaqonlar və restoran var.


 


Ümumilikdə qatarla bir istiqamətə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub.


 


Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub.


 


Xatırladaq ki, sərnişindaşıma mayın 26-dan həyata keçiriləcək.


 


İlkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.


 


Marşrut üzrə səyahət tarifləri isə aşağıdakı qiymətlərdən başlayır:


 


- Bakı-Tbilisi: 81 AZN-dən;


- Yevlax-Tbilisi: 67 AZN-dən;


- Gəncə-Tbilisi: 62 AZN-dən;


- Ağstafa-Tbilisi: 57 AZN-dən;


-⁠ Böyük Kəsik-Qardabani: 51 AZN-dən.


 


Məqaləyə dair fotomateriallar: