Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Bakının Baş Planı - 2040” mövzusunda geniş təqdimat keçirilib.
Sfera.az xəbər verir ki, çıxışlarda vurğulanıb ki, Bakı sovet şəhərsalma mirasından müasir, çoxmərkəzli metropola transformasiya mərhələsinə daxil olur. Qeyd edilib ki, şəhərin inkişafı artıq yalnız tikinti və iqtisadi göstəricilərlə deyil, həm də mobillik, əlçatanlıq və dayanıqlılıq kimi faktorlarla ölçülür.
Müzakirələrdə Bakı və Abşeron yarımadasında nəqliyyat yükünün azaldılması, alternativ mobillik dəhlizlərinin yaradılması və şəhər strukturunun balanslaşdırılması kimi istiqamətlər diqqət mərkəzində olub.
Tədbir çərçivəsində həmçinin uzunmüddətli şəhər planlamasının qlobal urbanizasiya çağırışlarına uyğunlaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Firuzə Əliyeva
Sfera.az