Dünyada iqtisadi baxımdan inkişaf etmiş ölkələr olsa da, bir çoxunda yoxsulluq, evsizlik və müxtəlif sosial problemlərin hələ də mövcud olduğu müşahidə edilir.


 


Bu isə yüksək iqtisadi potensiala malik dövlətlərdə sosial dəstəyə ehtiyacı olan insanlara niyə kifayət qədər diqqət ayrılmadığı sualını gündəmə gətirir.


 


Sfera.az xəbər verir ki, bunu memar Elbay Qasımzadə çıxışı zamanı deyib. O bildirib ki, memarlar və şəhərsalma sahəsi üzrə mütəxəssislər mövcud problemləri analiz edərək onların həlli istiqamətində təkliflər irəli sürə bilirlər. Lakin bu təşəbbüslərin həyata keçirilməsi üçün dövlətlərin və siyasi qərarverici şəxslərin mövqeyi və iradəsi əsas rol oynayır.


 


Elbay Qasımzadə vurğulayıb ki, şəhərsalma sahəsində yalnız məqsədlərin müəyyənləşdirilməsi kifayət etmir, eyni zamanda həmin hədəflərə çatmaq üçün tətbiq ediləcək mexanizmlərin də düzgün seçilməsi vacibdir.


 


Onun sözlərinə görə, bəzi məsələlərin həlli təkcə peşəkar müzakirələrlə mümkün deyil və bu istiqamətdə dövlət səviyyəsində qəbul olunan qərarlar xüsusi əhəmiyyət daşıyır.


 


Firuzə Əliyeva


Sfera.az