Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.


"Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından ala bilərsiniz", - məlumatda bildirilib. pizza


Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarında komfort, komfort+ və lüks olmaqla, üç sinif üzrə xidmət göstəriləcək. Siniflər üzrə gediş haqqı da açıqlanıb.



Telegram kanalımız