Mayın 25-i saat 10:00-dan Beyləqan rayonunun 18 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



 


Sfera.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.


 


Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi ilə əlaqədardır.

 


Qaz təchizatının hansı kəndlərdə dayandırılacağı ilə bağlı RQİİ tərəfindən hər hansı məlumat verilməyib.