Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətini və nəticələrini yüksək qiymətləndirib.


 


Sfera.az xəbər verir ki, səfir forumun təşkilində könüllülərin rolunu xüsusi vurğulayaraq onlara təşəkkür edib və BMT-Habitatın prosesi uğurla istiqamətləndirdiyini qeyd edib. Onun sözlərinə görə, WUF13-ün əhəmiyyəti Meksika nümayəndə heyətinin yüksək səviyyədə təmsil olunması ilə də özünü göstərib.


 


O bildirib ki, nümayəndə heyətinə şəhərsalma naziri, Mexiko şəhərinin qubernatoru, xarici işlər nazirinin müavini və müxtəlif hökumət strukturlarından çoxsaylı nümayəndələr daxil olub. Mariya Viktoriya Romero Kabalyero qeyd edib ki, Meksika WUF13 təcrübəsindən sonra forumun nəticələrini praktiki işə çevirmək istiqamətində fəaliyyətə başlayacaq və nümayəndələr əldə etdikləri bilikləri ölkəyə qayıdaraq tətbiq edəcəklər.


 


O əlavə edib ki, Meksika tərəfi Mexiko şəhəri hökuməti və BMT-Habitat ilə birlikdə gələcək hazırlıq mərhələsində əməkdaşlığı davam etdirəcək və “Group 14” çərçivəsində şəhər idarəetməsi, dayanıqlı inkişaf və strategiyaların hazırlanması üzrə işlərə start verəcək.


 


Firuzə Əliyeva


Sfera.az