Gün ərzində bəzi bürcləri maliyyə uğurları, digərlərini isə münasibətlərdə mühüm qərarlar gözləyir.


 


Planetlərin mövqeyi xüsusilə emosional balans, ünsiyyət və şəxsi inkişaf mövzularını ön plana çıxarır.


 


Sfera.az günün bürc proqnozunu təqdim edir:


 


Qoç


 


Bu gün yarım qalan işləri tamamlamaq üçün güclü motivasiya hiss edə bilərsiniz. Yeni ideyalar və yaradıcı yanaşmalar sizə üstünlük qazandıra bilər. Münasibətlərdə isə emosional açıqlıq vacib olacaq.


 


Buğa


 


Maddi məsələlərdə diqqətli davranmaq tövsiyə olunur. Emosional qərarlar sonradan peşmanlıq yarada bilər. İş həyatında isə sakit və planlı davranış uğur gətirəcək.


 


Əkizlər


 


Ünsiyyət bacarıqlarınız bu gün maksimum səviyyədə olacaq. Ailə və yaxın çevrə ilə münasibətlərdə gözlənilməz müsbət xəbərlər ala bilərsiniz. Maliyyə mövzularında isə diqqətli olmaq lazımdır.


 


Xərçəng


 


Özünüzə inamınız artır və bu, iş həyatında diqqət çəkmənizə səbəb ola bilər. Duyğusal balansı qorumaq vacibdir. Hisləriniz sizə düzgün istiqamət göstərəcək.


 


Şir


 


Maliyyə planlaması və gələcək üçün atılan addımlar uğurlu ola bilər. Yaradıcılıq və özünüifadə mövzularında güclü ilham ala bilərsiniz.


 


Qız


 


İşdə və şəxsi həyatda intuisiyanız sizə yardım edəcək. Yeni tanışlıqlar və ya münasibətlə bağlı maraqlı inkişaflar mümkündür. Özünüzə qarşı çox sərt davranmamağa çalışın.


 


Tərəzi


 


Xərclər arta bilər, buna görə büdcənizi nəzarətdə saxlamaq vacibdir. Eyni zamanda münasibətlərdə qarşı tərəfi daha yaxşı anlamaq şansınız olacaq. Gün romantik enerji daşıyır.


 


Əqrəb


 


Uzun müddətdir düşündüyünüz planları həyata keçirmək üçün uyğun gündür. Maddi məsələlərdə realist olmaq faydalı olacaq. İntuisiya və daxili hissləriniz güclənir.


 


Oxatan


 


Bu gün emosional mövzular üzərində düşünmək və prioritetləri müəyyənləşdirmək vacib olacaq. Yeni ideyalar və fərqli baxışlar sizə fayda verə bilər.


 


Oğlaq


 


Karyera və iş məsələlərində müsbət dəyişikliklər mümkündür. Yaradıcılığınızla ətrafdakıləri təəccübləndirə bilərsiniz. Səfər və ya yeni əməkdaşlıq ehtimalı da görünür.


 


Dolça


 


Özünüzü dəyişdirmək üçün çox düşünmək əvəzinə addım atmaq vaxtıdır. Maliyyə və gəlir mövzularında yeni imkanlar yarana bilər. Ailə münasibətlərində fərqlilikləri qəbul etmək vacibdir.


 


Balıqlar


 


Emosional hissləriniz bu gün xüsusilə güclü olacaq. Daxili rahatlıq üçün bir qədər sakitlik və tək qalmaq sizə yaxşı təsir edə bilər. Yaradıcılıq yüksəlir.


 


Fidan Hacızadə


Sfera.az