Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
Sfera.az xəbər verir ki, fətvada AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmının Miladi təqvimlə mayın 27-nə təsadüf edəcəyi bildirilir.
Şəriətə uyğun olaraq Qurban kəsimi mayın 27-dən başlayaraq 3 gün davam edə bilər. Mayın 27-də məscidlərdə Bayram namazları qılınacaq.