Biləsuvar rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.


 


Sfera.az xəbər verir ki, hadisə mayın 24-də axşam saatlarında rayonun Bağbanlar kəndində baş verib.


 


Kənd sakini, 2001-ci il təvəllüdlü Tural Məmmədli yaşadığı evin həyətində iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.


 


Faktla bağlı araşdırma aparılır.