Son dövrlərdə aparılan araşdırmalar qan qrupları ilə insanların xarakter xüsusiyyətləri arasında mümkün əlaqələrlə bağlı müzakirələri yenidən gündəmə gətirib.


 


Sfera.az xəbər verir ki, xüsusilə I qan qrupuna sahib şəxslərin davranış xüsusiyyətləri diqqət çəkib. Araşdırmalarda iddia olunur ki, I qan qrupuna malik insanlar daha çox sakit və nəzarət edilə bilən mühitlərə üstünlük verirlər. Bildirilir, bu şəxslər izdihamlı məkanlardan uzaq durmağa, şəxsi sərhədlərinə və azadlıqlarına daha həssas yanaşmağa meylli olurlar.


 


Məlumata görə,  I qan qrupuna sahib bəzi insanlar qəfil qonaq gəlişi və ya sıx sosial mühitlər zamanı stres hiss edə bilirlər. Onların daha çox tək qalmağa, məhdud dost çevrəsinə və sakit həyata üstünlük verdiyi bildirilir. Bununla yanaşı, qeyd edirlər ki, qan qrupu ilə xarakter arasında əlaqə barədə elmi nəticələr hələ tam təsdiqlənməyib. İnsan davranışlarına genetika, tərbiyə, sosial mühit və həyat təcrübələri kimi bir çox faktor təsir göstərir.


 


Fidan Hacızadə


Sfera.az