Məşhur müğənni Şakira ilə futbolçu Jerar Pikenin münasibətlərinin sona çatması ilə bağlı yayılan xəbərlər dünya mediasında geniş rezonans doğurub.




Sfera.az xəbər verir ki, 15 il davam edən bu münasibət ərzində cütlük rəsmi nikahda olmasa da uzun müddət bir ailə kimi yaşayıblar.


 


Onların bu münasibətdən iki övladı - 13 yaşlı Milan və 11 yaşlı Saşa dünyaya gəlib.




Hər kəs onların xoşbəxt ailə kimi həyatlarını davam etdirəcəyini düşünərkən, münasibətlərə 27 yaşlı Klara Çia daxil olub. Məhz bundan sonra futbolçu Jerar Pikenin xəyanət etdiyi iddiaları gündəmə gəlib. Bu hadisələrdən sonra cütlüyün münasibəti sona çatıb. Hazırda 49 yaşlı Şakira və 39 yaşlı Jerar Pike ayrı yollarla həyatlarına davam edirlər.




Pike həyatını Klara Çia ilə davam etdirir, Şakira isə karyerasına və iki övladına fokuslanıb. Onun hazırkı mərhələdə şəxsi həyatından çox musiqi və ailəsinə üstünlük verdiyi bildirilir.


 


Mənsumə

Sfera.az