Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.


 


Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


 


Hazırda yollardakı vəziyyət:


 


1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;


2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;


3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;


4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;


5. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;


6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;


7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;


8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;


9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;


10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.