Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.


 


Sfera.az xəbər verir ki, növbəti köç karvanı Ağdam şəhərinə çatıb.


 


Bu mərhələdə şəhərə 110 ailə - 417 nəfər köçürülüb.


 


Qeyd edək ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.