Azərbaycanın bir sıra ali məktəblərində işləyən müəllimlərə Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar maaşdan əlavə pul verilib. 


“Yeni Sabah”ın xəbərinə görə, maddi yardımın məbləği 50 manatdan 250 manatadək dəyişir. 


Bayram günlərində əməkdaşlarını sevindirən universitetlərin siyahısı aşağıdakı kimidir:  Marqarita pizza


Qarabağ Universiteti - 250 manat 


Bakı Dövlət Universiteti - 250 manat 


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 200 manat


Mingəçevir Dövlət Universiteti - 200 manat 


Lənkəran Dövlət Universiteti - 200 manat 


Bakı Mühəndislik Universiteti - 200 manat 


Sumqayıt Dövlət Universiteti - 150 manat


Azərbaycan Dövlət İqtisad Universiteti -150 manat 


Azərbaycan Dillər Universiteti - 70 manat 


Bakı Slavyan Universiteti - 50 manat 


Bakı Qızlar Universiteti də əməkdaşlarını mükafatlandıracaq. Lakin universitet mükafatın məbləğiNİ açıqlamayıb.


Azərbaycan Memarlıq və İnşaat Universiteti bayramlarla əlaqədar əməkdaşlarına pul mükafatı verməyi nəzərdə tutmur. 


Xəzər Universiteti və Azərbaycan Texnologiya Universitetindən isə hələ də bununla bağlı hər hansı qərarın olmadığı bildirilib. 


Aytac Əliyeva



Telegram kanalımız