2026-cı ilin yanvar-aprel aylarını əhatə edən dövr ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar 49 müxtəlif ölkənin vətəndaşı barədə ümumilikdə 516 inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.


 


Bu barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Sfera.az-ın sorğusuna cavab olaraq məlumat verib.


 


Qeyd edək ki, inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı, əsasən miqrasiya qanunvericiliyinin pozulması, icazə müddətinin başa çatmasına baxmayaraq ölkədə qalma, qanunsuz əmək fəaliyyəti və digər hüquqi əsaslar olduqda tətbiq edilə bilər.


 


Firuzə Əliyeva

Sfera.az