İranın mərhum ali rəhbəri Əli Xamenei ABŞ-lə danışıqlara qarşı olmayıb.


 


Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.


 


Pezeşkianın sözlərinə görə, Xamenei 12 günlük müharibə zamanı ABŞ ilə dialoqun vacibliyini vurğulayıb. O qeyd edib ki, hazırda bəzi şəxslər danışıqlara ehtiyac olmadığını desələr də, mərhum lider fərqli mövqedə idi.


 


Prezident həmçinin İranda beynəlxalq internetə çıxışın bərpası barədə qərarı təsdiqləyib.  Milli.Az