Bu gün Azərbaycanda Qurban bayramıdır.


"Yeni Sabah" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il mayın 27 və 28-i bayram günü kimi müəyyənləşdirilib. 


AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf edir.  Sezar pizza


Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakının Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.


İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.


Şəriətə uyğun olaraq Qurban kəsimi mayın 27-dən başlayaraq, 3 gün davam edə bilər.


Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bayram günləri (27-28 may) və 28 May Müstəqillik Günü üst-üstə düşdüyü üçün ardıcıl 5 gün – 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü hesab olunur.


Xatırladaq ki,  Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.


Bayramınız mübarək!


Nazim Hacıyev



Telegram kanalımız