Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.


 


Sfera.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır.


 


Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək. Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.