Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.


Bu barədə "Yeni Sabah"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.


Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək. Dördpendirli pizza


Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.


Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.



Telegram kanalımız