Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa və ABŞ Konqresinə ölkədə hava hücumundan müdafiə (HHM) sistemlərinin çatışmazlığı barədə məktub göndərib.


 


Sfera.az-ın İnterfaks-Ukrayna" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezidentin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin məlumat verib.


 


"Bəli, ABŞ Prezidentinə və Konqresə, orada iki ünvan var", – Litvin jurnalistlərə müvafiq suala cavab verərək bildirib.