Qlobal hərbi analiz təşkilatı "Global Firepower" 2026-cı il üçün hərbi hava gücü hesabatını dərc edib.


 


Sfera.az xəbər verir ki, döyüş təyyarələri, helikopterlər və logistik hava nəqliyyat vasitələrinin qiymətləndirildiyi hesabatda ölkələrin cari hərbi hava inventarları və operativ imkanları təhlil edilib. Sənəddə vurğulanıb ki, hava qüvvələrinin gücünü müəyyən edən əsas amillər təkcə hava nəqliyyat vasitələrinin sayı deyil həmçinin texnoloji infrastruktur, radar sistemləri, logistik imkanlar və PUA/ZPUA (İHA/SİHA) inteqrasiyasıdır.


 


2026-cı ilin məlumatlarına görə, siyahının ilk pilləsində 13032 hava nəqliyyat vasitəsi ilə ABŞ qərarlaşıb. Birləşmiş Ştatları 4237 hava vasitəsi ilə Rusiyaizləyir. Üçüncü yerdə isə 3529 hava vasitəsinə sahib olan Çin gəlir. Dördüncü yerdə 2183 hava vasitəsi ilə Hindistan yer alarkən, Cənubi Koreya, Yaponiya və Pakistan da ön sıralardakı mövqelərini qoruyublar.


 


Bəsti Rəfizadə


Sfera.az