ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı mühüm bəyanat verib.
Sfera.az xəbər verir ki, Tramp rəsmi Vaşinqtonun İrana qarşı hər zaman əsas şərt kimi irəli sürdüyü və danışıqların dalana dirənməsinə səbəb olan "zənginləşdirilmiş uran" məsələsinə toxunub.
Ağ Ev rəhbəri bildirib ki, Tehran bu addımı dondursa belə, sanksiyaların ləğvi masada deyil: “İran zənginləşdirilmiş urandan imtina etsə belə, sanksiyaları yüngülləşdirməyəcəyik".
Qeyd edək ki, ABŞ-İsrail və İran arasında hazırda atəşkəs dövrü yaşanır və müharibəni tamamilə bitirmək üçün tərəflər arasında danışıqlar davam edir. Hazırda müzakirələrin ən kritik bəndlərindən biri məhz İranın əlində olduğu bildirilən təxminən 400 kiloqram civarındakı zənginləşdirilmiş uranın gələcək taleyidir. Trampın bu son bəyanatı isə danışıqlar prosesində gərginliyi yenidən artırıb.
Bəsti Rəfizadə
Sfera.az