HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının komandiri Məhəmməd Əvdə və ailəsi İsrail ordusunun Qəzza zolağına hücumu zamanı öldürülüb.


 


Sfera.az xəbər verir ki, bu barədə HƏMAS-ın verdiyi yazılı açıqlamada bildirilir.


 


"Böyük qürur və şərəflə Fələstin xalqına, ərəb və İslam dünyasına və dünyanın bütün azadlıqsevər insanlarına əl-Qəssam Briqadalarının böyük komandiri, qəhrəman Məhəmməd Əvdənin şəhid olduğunu elan edirik", - açıqlamada deyilir.


 


Məlumata görə, Əvdə, həyat yoldaşı və iki uşağı dünən gecə İsrail ordusunun Qəzza şəhərində bir yaşayış məntəqəsini bombardman etməsi nəticəsində həlak olub.