İtaliya Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləsə də, bu prosesdə Balkan ölkələrinə üstünlük verilməli olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani Limasolda keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində deyib.
Onun sözlərini “RAI Radio-1” radiostansiyası yayıb.
“Biz Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyirik, lakin unutmamalıyıq ki, digər namizəd ölkələr də var. Balkanlar bizim prioritetimiz olaraq qalır. Biz həmçinin başa düşürük ki, Ukrayna və Moldova bu prosesə başlamalı, korrupsiya ilə mübarizə aparmalı və Aİ-yə üzvlük qaydalarına riayət etməlidir. Biz onlara kömək etmək üçün öz töhfəmizi verməyə hazırıq”, – deyə Tajani vurğulayıb.
Radiostansiyanın məlumatına görə, bu bəyanat İtaliyanın hakim koalisiyasına daxil olan Liqa Partiyasının Ukraynanın Aİ-yə üzvlüyünə qəti şəkildə qarşı olduğunu açıqlamasından sonra səsləndirilib. Partiya bunun böyük iqtisadi və sosial ziyana səbəb olacağını iddia edib.
Niyaz Hacıyev
Sfera.az