Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı layihə üzrə əsas əməkdaşlıq prinsiplərini təsdiqləyən sənədi imzalayıblar.
Sfera.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Bundan başqa iki ölkənin liderləri Rusiya-Qazaxıstan münasibətlərini hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldıran bəyannamə imzalayıblar.
Qeyd edək ki, Qazaxıstan Rusiyanın ayıracağı kredit hesabına stansiyanın tikintisini “Rosatom”la əməkdaşlıq çərçivəsində 2035–2036-cı illərdə başa çatdırmağı planlaşdırır./APA