ABŞ-ın İrandakı hərbi əməliyyatlara xərclədiyi vəsait 95,2 milyard dolları keçib. 


 


Sfera.az xəbər verir ki, bu barədə " Iran War Cost Tracker" məlumat yayıb.


 


Veb saytın real vaxt rejimində hesablaması Pentaqonun 10 martda ABŞ Konqresinə verdiyi brifinqə əsaslanır. Brifinqdə Vaşinqtonun Yaxın Şərqdəki ilk altı günlük hərbi əməliyyatlar zamanı 11,3 milyard dollar xərclədiyi və münaqişənin sonrakı hər günü üçün əlavə 1 milyard dollar xərcləməyi planlaşdırdığı bildirilirib.


 


ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başladılar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qaldı. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhdidləri iddiaları ilə əsaslandırdı. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan etdi. Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ hərbi bazalarına da zərbələr endirildi. Ali Rəhbər Ayətullah Əli Xamenei və bəzi digər İran liderləri ABŞ-İsrail birgə hücumunda öldürüldü.


 


Firuzə Əliyeva


Sfera.az