Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Avropa İttifaqı standartlarına keçsə, bu ölkə ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində inteqrasiya prosesinin dayandırılması qaçılmaz olacaq.


 


Sfera.az xəbər verir ki, onun sözlərinə görə, hazırda Ermənistan Aİİ-nin geniş və inkişaf etmiş bazarına çıxış imkanından yararlanır və enerji resursları üzrə güzəştli şərtlər bu üzvlüyün verdiyi üstünlüklərdən yalnız biridir.


 


Putin qeyd edib ki, rəsmi İrəvan Aİİ-dən çıxacağı halda, ermənilərə münasibətdə xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan ümumi miqrasiya qaydaları tətbiq ediləcək.


 


Rusiya prezidenti Avrointeqrasiya kursuna toxunaraq vurğulayıb ki, Moskva erməni xalqının maraqlarına uyğun veriləcək istənilən qərara hörmətlə yanaşacaq. Bununla yanaşı, o bildirib ki, Ukrayna böhranı da məhz Avrointeqrasiya prosesi fonunda başlayıb.


 


“Biz erməni xalqının maraqlarına cavab verən istənilən qərarı dəstəkləyəcəyik”, — deyə Putin bildirib.


 


Rusiya prezidenti eyni zamanda “iki stulda nə qədər oturmağın mümkün olduğu” ilə bağlı ritorik sual da ünvanlayıb./globalinfo