Tut ağacından yıxılan yaşlı kişinin bel fəqərəsi sınıb.
Sfera.az xəbər verir ki, hadisə Mingəçevirdə bağlar yaşayış massivindəki evlərdən birində baş verib. Tut yığmaq üçün ağaca çıxan 1960-cı il təvəllüdlü Əbülfət Şabanov müvazinətini itirərək hündürlükdən yerə yıxılıb.
Müxtəlif bədən xəsarətləri alan və bel fəqərə sümüyü sınan şəxsxəstəxanaya yerləşdirilib. /unikal.az