Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) təkibində onunla və Avropa İttifaqı arasında seçim qaçılmaz olana qədər qalacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media səhifəsində canlı yayımda bildirib.
"Təbii ki, qərarı Ermənistan xalqı referendum yolu ilə verməlidir", - o deyib. pizza
Baş nazirin sözlərinə görə, referendumun vaxtı çox vacibdir:
"Ermənistan rəsmi olaraq Aİ-yə üzvlük üçün müraciət edənə və ya namizəd statusu almağa yaxın olana qədər referendum keçirmək məntiqsizdir. Çünki xalqa hansı yolu seçmək seçimini təklif edə biləcəyimiz üçün heç bir əsaslandırma, heç bir tarazlıq qurulmayıb. Referenduma nəzəri seçim qoymaq səhv və əsassızdır", - Ermənistanın Baş naziri bildirib.
"Buna görə də, mübahisəsiz və stresssiz Aİİ daxilində işləməyə davam edəcəyik. Əminəm ki, bu sahədə potensialımız var və bundan istifadə edəcəyik", - deyə o əlavə edib.
Yeri gəlmişkən, bu gün Rusiya Prezidenti Vladimir Putin Paşinyanı ad günü münasibətilə təbrik edib.
Telegram kanalımız